Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı

Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı
Amerikalı boksçu Floyd Meyvezer rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşə çıxmaq üçün şərtlərini açıqlayıb.
Fanat.Az oxu.az-a istinadən xəbər verir ki, Meyvezer Nurməhəmmədovla ancaq boks qaydaları ilə döyüşməyə razı olduğunu bildirib.
"Həbibin nə düşündüyünü deyə bilmərəm. Lakin öz tərəfimdən deyə bilərəm ki, bunu edə bilərik. O mənə çağırış yolladı. Odur ki, Həbib mənim dünyama gəlməli olacaq”, – deyə o vurğulayıb.
Meyvezer Həbiblə döyüşdən irlandiyalı Konor Makqreqor üzərində qələbəyə görə qazandığı məbləğdən 100 milyon dollar artıq əldə etmək istədiyini bildirib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər