"Meydana dəsmal atmayacağıq"

"Meydana dəsmal atmayacağıq"

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel komandasının çempionluq şanslarını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" ötən gün lider “Bayer Leverkuzen”ə böyük hesabla (0:3) məğlub olan Almaniya nəhənginin çalışdırıcısının dediklərini belə çatdırıb.

“Nə olursa olsun, biz meydana dəsmal atmayacağıq. Liderlə aramızdakı xal fərqi dəyişdi, amma yanaşmamız dəyişməyəcək. Biz irəliləməyə davam etməli, təkmilləşməli və yüksək standartlara cavab verməyə başlamalıyıq”.

Qeyd edək ki, "Bayern" 21 turdan sonra 50 xalla Bundesliqada 2-ci sıradadır. Tuxelin komandası lider "Bayer"dən 5 xal geri qalır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər