Məşhur Türrkiyə güləşçisi 5-ci dəfə dünya çempionu oldu

Məşhur Türrkiyə güləşçisi 5-ci dəfə dünya çempionu oldu

Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rza Kayaalp Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Amin Mirzəzadə ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Sonuncu xal prinsipi ilə qalib gələn 33 yaşlı güləşçi 5-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, Rza Kayaalp bu nəticə ilə ölkəsində yunan-Roma güləşinin tarixinə düşüb. O, həmçinin 11 dəfə Avropa çenpionu olub.

Məşhur Türrkiyə güləşçisi 5-ci dəfə dünya çempionu oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər