NBA klublarından "Los Anceles Lakers"də "casus qalmaqalı" yaşanır. Fanat.az xəbər verir ki, buna səbəb iki oyunçu arasında olan danışığın yayılması olub.
Belə ki, D`Anqelo Russell komanda yoldaşı Nik Yonqla danışığını kameraya alaraq yayımlayıb. D`Anqelo Russell məşhur müğənni İqqi Azalea ilə birlikdə olan Nik Yonqdan həyatında başqa qadının olub-olmadığını soruşub. İkinci isə cavabında 19 yaşlı bir qızla tanış olduğunu bildirib.
Bu videonu mətbuata ötürən D`Anqelo Russell sosial mediada tənqidlərlə üzləşib. Məsələ ilə bağlı İqqi Azalea da sosial mediada açıqlama verib. Videonu çox bəyəndiyini deyən müğənni D`Anqelo Russellə təşəkkür edib.

Fanat.az