"Napoli" klubu maraqlı addım atıb. Fanat.az xəbər verir ki, A Seriyasında çıxış edən klub yumurta biznesinə başlayıb.
Belə ki, klubun loqoları vurulmuş yumurtalar satışa çıxıb. Təklif yumurta biznesi ilə məşğul olan bir şirkətdən gəlib. Satışı artırmaq istəyən şirkət klubla anlaşıb. Beləliklə, "Napoli" azarkeşləri bundan sonra klubun loqosu olan yumuraları yeyə biləcək.

Fanat.az