Məşhur idman dərgisindən şok addım: İlk dəfə trans model... - FOTOLAR

Məşhur idman dərgisindən şok addım: İlk dəfə trans model... - FOTOLAR
Məşhur idman dərgisi "Sports Illustrated" tarixində ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, dərgi ilk dəfə transseksual modelə səhifəsində yer verib. Belə ki, "Sports Illustrated" braziliyalı Valentina Sampayonun fotosunu bikini nömrəsində dərc edib.
Dərginin xüsusi nömrəsində yer alacağı üçün qürur hissi keçirdiyini bildirən transseksual model bu addımın LGBTİ üçün çox önəmli olduğunu və bunun ona böyük xoşbəxtlik bəxş etdiyini deyib: "Reallıqda kim olduğumu gördüyünüz və buna hörmətlə yanaşdığınız üçün təşəkkür edirəm. Hər şeydən öncə insan olduğumu anladığınız üçün minnətdaram".
Məşhur idman dərgisindən şok addım: İlk dəfə trans model... - FOTOLAR
Qeyd edək ki, 23 yaşlı Sampayo indiyədək bir çox uğurlara imza atıb. O, "Vogue Paris" dərgisinin üz qabığında yer alıb və alt paltarı geyim firması olan "Victoria's Secret" üçün podyuma çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər