Paraqvay millisinin sabiq forvardı Roke Santa Krus özünə yeni komanda tapıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı forvard ölkəsinin "Olimpiya" klubunu yerli "Libertad"a dəyişib.
Təcrübəli forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Santa Krus karyerası ərzində Almaniyanın "Bayern Münhen", İngiltərənin "Mançester Siti", İspaniyanın "Betis" və "Malaqa" klublarında da çıxış edib.