Mərhum qrossmeyster Vüqar Həşimovun doğum günüdür

Mərhum qrossmeyster Vüqar Həşimovun doğum günüdür
Bu gün mərhum qrossmeyster, şahmat üzrə Avropa çempionu, üçqat Azərbaycan çempionu Vüqar Həşimovun doğum günüdür.
Fanat.Az xəbər verir ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 
Mərhum şahmatçı 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliy”a şahmat turnirinin qalibi olub.
2013-cü ildə Vüqar Həşimova bədxassəli beyin şişi diaqnozu qoyulur. 2014-cü il yanvarın 11-də uzun müddət beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.
14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub, o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər