"Məni nə qədər vurmaq istəyirlərsə..." - Neymar

"Məni nə qədər vurmaq istəyirlərsə..." - Neymar

PSJ-nin braziliyalı ulduzu Neymar Fransa çempionatında rəqib futolçuların ona qarşı sərt oynamasından, tez-tez kobudluq etmələrindən danışıb.

Fanat.Az xəbər verir ki, "L'Equipe" onun dediklərini belə çatdırıb: 

"Əvvəllər Fransada bu qədər sərt futbol oynadıqlarını bilmirdim. Toqquşmalar zamanı xəsarət almamaq çox vacibdir. Bütün hallarda, özünü qorumağı da bacarmalısan. Rəqiblər məni nə qədər yerə sərmək, vurmaq istəyirlərsə, mən də onları bir o qədər geridə qoymağa köklənirəm. Özümü ancaq zədələrdən belə qoruya bilərəm. Müxtəlif driblinqlərdən də buna görə istifadə edirəm". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər