"Mənə münasibətinizi unutmayacam" - Allan Sent-Maksimen

"Mənə münasibətinizi unutmayacam" - Allan Sent-Maksimen

"Nyukasl Yunayted"in yarımmüdafiəçisi Allan Sent-Maksimen baş məqşçi Stiv Brüsün qovulmasına reaksiya verib.

Fanat.Az-ın məlumatına görə, o şəxsi "Twitter" hesabında belə yazıb:

"Belə məşqçi ilə işləmək mənim üçün böyük şərəf idi. Sağ ol, Stiv. Siz futbol dünyasında qarşıma çıxan ən mədəni insanlardan biriydiz. Siz sözünün üstündə duran, həmişə futbolçuları müdafiə edən biri kimi həmişə ürəklərdə qalacaqsız. Mənə olan münasibətinizi heç vaxt unutmayacam. Sizə hər zaman buna görə minnətdar olacağam".

Bu gün qovulduğu açıqlanan Brüs ötən həftə məşqçi karyerasında 1000-ci matçını keçirmişdi. İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan qarşılaşmada "sağsağanlar" öz meydanında "Tottenhem Hotspur"a uduzmuşdu - 2:3.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər