"Mənə kömək lazımdır" - Kərim Benzema 

"Mənə kömək lazımdır" - Kərim Benzema 

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın hücumçusu Kərim Benzema indiki komandasında "Real Madrid"dəki qədər effektli ola bilməməsi barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki,  "Madrid Universal" fransalı futbolçunun dediklərini belə çatdırıb:

"İş ondadır ki, indi başqa komandadayam. Mənə kömək lazımdır. Komandaya təkbaşıma qələbə qazandıra bilmərəm. Meydanda mənə yardım edəcək başqa oyunçular və müəyyən digər şeylər lazımdır". 

Xatırladaq ki, Benzema  "Real"dan "Əl-İttihad"a ötən ilin yayında keçib. Səudiyyə Ərəbistanı klubunun forması ilə bütün turnirlərdə 26 matça çıxan 36 yaşlı forvard 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər