Mendilibar Sarrini geridə qoydu

Mendilibar Sarrini geridə qoydu

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasını qazanan ən yaşlı çalışdırıcıya çevrilib.

Fanat.Az xəbər verir ki, ötən gün onun komandası finalda “Roma”ya qalib gələrək (1:1, penaltilərlə 4:1) məşqçinin adını tarixə yazıb.

Romalılara qarşı finalda Mendilibar 62 yaş 78 günlük olub. Bu isə rekord göstəricidir.

Əvvəlki rekordçu 60 yaş 139 gündə 2019-cu ildə “Çelsi” ilə Avropa Liqasının qalibi olan Mauritsio Sarri idi. İtaliyalı bu mükafatı Bakıda “Arsenal”a qarşı həlledici matçda qazanmışdı. Həmin görüş 4:1 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər