Məmmədzadə son turda İsveçrə təmsilçisinə qarşı

Məmmədzadə son turda İsveçrə təmsilçisinə qarşı

Bu gün Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.

Günay XI turda Kostenyuk ilə üz-üzə gələcək.

Məmmədzadə ilk turda O.Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib. İkinci və üçüncü turlarda müvafiq olaraq Katerina Laqno və Polina Şuvalovaya (hər ikisi FIDE) yenilib. Sonrakı turlarda isə Assaubayeva, Çonqyi, Xotenaşvili, Qoryaçkina və Dronovali ilə "sülh bağlayıb". Doqquzuncu turda  Vaqneri yenən Günay onuncu görüşündə Dzaqnidze ilə xalı bölüb. Hazırda o, 5 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. Vaqner, Dronovali və Çonqyi 6 xalla ilk üç pilləni bölüşür.

Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər