Məmmədyarovu uddu, tarixə düşdü

Məmmədyarovu uddu, tarixə düşdü

Fransanı təmsil edən Alireza Firuzca 2800 reytinq xalını keçən ən gənc şahmatçı kimi tarixə düşüb.

Fanat.Az xəbər verir ki, İran əsilli qrossmeyster buna Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatının sonuncu - IX turunda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu məğlub etməklə nail olub.

Firuzca sözügedən hədəfə 18 yaş 5 ay 13 günlüyündə çatıb. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen isə bunu 18 yaş 11 ay 2 günündə  olarkən bacarmışdı.

Qeyd edək ki, IX turda Azərbaycan millisini 2,5:1,5 hesabı ilə məğlub edən Fransa kollektivi xalını 14-ə yüksəldib və çempion Ukraynadan yalnız əlavə göstəricilərə görə geri qalaraq gümüş medala sahib çıxıb. Komandamızda yeganə məğlubiyyət məhz Məmmədyarovun passivinə yazılıb. Nəticədə yığmamız yarış ərzində liderlər qrupunda qərarlaşsa da, sonda 5-ci yerlə kifayətlənməli olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər