Məmmədyarov və Nakamura yarımfinalın taleyini tay-breykə saxladı

Məmmədyarov və Nakamura yarımfinalın taleyini tay-breykə saxladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinın III mərhələsində ikinci yarımfinal görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Görüş 51-ci gedişdə "sülh"lə yekunlaşıb.

İlk qarşılaşmada da heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.

***

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinın III mərhələsində ikinci yarımfinal görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Məmmədyarov ötən gün qara fiqurlarla 30-cu gedişdə "sülh"ə razılaşıb. Bu gün də qalib müəyyənləşməsə, tərəflər arasında tay-breyk oynanılacaq.

Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər