Məmmədyarov Rauf, Aydın və Abdullaya qarşı

Məmmədyarov Rauf, Aydın və Abdullaya qarşı

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirində bu gün növbəti görüşlər keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü oyun günündə rapid növü üzrə son üç - VII, VIII və IX turun qarşılaşmaları baş tutacaq.

"Vüqar Həşimov Memorialı-2022"

VII tur

Nodirbek Abdusattorov (Özbəkistan) - Rauf Məmmədov Rixard Rapport (Rumıniya) - Samuel Şenklend (ABŞ) Qukeş Dommaracu (Hindistan) - Van Hao (Çin) Fransisko Valyexo (İspaniya) - Abdulla Qədimbəyli Aydın Süleymanlı - Şəhriyar Məmmədyarov

VIII tur

Rauf Məmmədov - Şəhriyar Məmmədyarov Abdulla Qədimbəyli - Aydın Süleymanlı Van Hao (Çin) - Fransisko Valyexo (İspaniya) Samuel Şenklend (ABŞ) - Qukeş Dommaracu (Hindistan) Nodirbek Abdusattorov (Özbəkistan) - Rixard Rapport (Rumıniya)

IX tur

Rixard Rapport (Rumıniya) - Rauf Məmmədov Qukeş Dommaracu (Hindistan) - Nodirbek Abdusattorov (Özbəkistan) Fransisko Valyexo (İspaniya) - Samuel Şenklend (ABŞ) Aydın Süleymanlı - Van Hao (Çin) Şəhriyar Məmmədyarov - Abdulla Qədimbəyli

Qeyd edək ki, hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 10 xalla liderdir. Ondan 1 xal geri qalan Rauf Məmmədov ikinci sıradadır. Çinli Van Hao 8 xalla 3-cü, ispaniyalı Fransisko Valyexo 7 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 5 xalı olan Rapport, Məmmədyarov, Qədimbəyli və Dommaracu 5 - 8-ci yerləri bölüşdürür. Şenklend 4 xalla 9-cu, Süleymanlı isə 2 xalla sonuncu - 10-cu pillədə yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər