Məmmədyarov ABŞ-da Karlsenə qarşı oynayacaq

Məmmədyarov ABŞ-da Karlsenə qarşı oynayacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq "Grand Chess Tour" seriyasının iki mərhələsində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, 26-30 avqustda rapid və blits üzrə turnir keçiriləcək. Yarışda  Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynyer Dominqes, Hikaru Nakamura, Samuel Şenklend (hamısı ABŞ), Rixard Rapport (Macarıstan) və Yan Nepomnyaşi (FIDE) mübarizə aparacaq.

Sentyabrın 2-də isə klassik şahmat üzrə "Sinkfild Kuboku" start götürəcək. Həmin turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) ilə Uesli So (ABŞ) əvvəlki turnirin iştirakçılarından Nakamura və Şenklendi əvəz edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər