"Məğlubiyyətə görə üslubumuzu dəyişməyəcəyik" - Xavi

"Məğlubiyyətə görə üslubumuzu dəyişməyəcəyik" - Xavi

"Barselona"nın baş məşqçisi Xavi komandasının Avropa Liqasının 1/4 finalında "Ayntraxt"a uduzaraq (1:1, 2:3) mübarizəni dayandırmasına baxmayaraq, futbol fəlsəfəsini dəyişməyəcəklərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Goal" onun söylədiklərini belə çatdırıb:

"Bu üslubla Çempionlar Liqasını 5 dəfə qazanmışıq. Onu Yohan Kruiff yaradıb. Bəhrələrini vermiş üslubdur. 

Daha da "artırmağa" çalışmalı, təslim olmamalıyıq. İnanmalı, səhvlərimizi düzəltməli və oyun keyfiyyətimizi yüksəltməliyik. Çempionatda və ya avrokubokda aldığımız məğlubiyyətə görə üslubumuzu dəyişməyəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər