Mauritsio Sarri: "Daha parlaq qələbə qazana bilərdik"

Mauritsio Sarri: "Daha parlaq qələbə qazana bilərdik"

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Sassuolo” üzərində qələbəni (2:1) şərh edib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" Sarrinin dediklərini belə çatdırıb:

"Son uğursuzluqlardan sonra uşaqların mövcud reallığa münasibəti dəyişdiyinə görə şadam. "Sassuolo" yaxşı rəqibdir, son iki matçda 8 qol vurub. Onların güclü hücum xətti var. Amma biz onlara çox qol imkanı yaratmağa imkan vermədik. Məncə, daha parlaq qələbə qazana bilərdik".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər