"Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt "Liverpul"un hücumçusu Məhəmməd Salahın çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az "Liverpool Echo"ya istinadən xəbər verir ki, Maunt misirli hücumçudan çəkindiklərini gizlətməyib: “Vurulan qolların və ötürmələrin sayını nəzərə alsaq, Salahı şübhəsiz ki, dünyanın ən yaxşı futbolçularından biri hesab etmək olar. O, vacib oyunlarda əla çıxış edən oyunçudur. Düşünürəm ki, hər bir oyunçu belə bir şey etmək istərdi".
İngiltərə Premyer Liqasının 21-ci turunda "Çelsi" və "Liverpul" komandaları üz-üzə gələcək. Görüş yanvarın 2-də Londonda baş tutacaq. Salah Premyer Liqanın cari mövsümündə 19 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.