Matteus "Bayern"in vingeri ilə bağlı duruma belə reaksiya verdi

Matteus "Bayern"in vingeri ilə bağlı duruma belə reaksiya verdi

"Bayern Münhen"in və Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus Münhen təmsilçisinin vingeri Leroy Zanedən danışıb. 

Fanat.Az xəbər verir ki, "Sport.es" onun dediklərini belə çatdırıb:

"O, karyerası ərzində “Mançester Siti”də oynayaraq və “Şalke”də mühüm uğurlar qazanaraq çox şeylər yaşayıb . Hazırda o, dünyanın ən böyük klublarından birində çıxış edir. "Bayern"dəki durumundan razıdırsa, niyə getməlidir?"

Daha öncə mətbuatda "Liverpul"un 27 yaşlı Zaneni təqribən 93 milyon avro qarşılığında transfer etmək istədiyi barədə məlumatlar yayılıb. Eləcə də Avropa KİV-ində onun xidmətində "Real Madrid"in maraqlı olduğu haqda müxtəlif informasiyalar dərc edilib.

Qeyd edək ki, "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər