Maska ilə müsahibə vermək istəməyən tennisçi cərimələndi

Maska ilə müsahibə vermək istəməyən tennisçi cərimələndi
ABŞ-dan olan tennisçi Kristian Harrison 3 min ABŞ dolları məbləğində cərimələnib.
Fanat.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Xəbərə görə, buna idmançının qarşılaşmadan sonra qoruyucu tibbi maska ilə müsahibə verməkdən imtinası səbəb olub.
Harrison instagram səhifəsində yazıb ki, matçdan sonra istidə maska taxmaq təhlükəli olduğu üçün bu addımı atıb: "Buna görə cərimələnəcəyimi bilmirdim. Axşam isə mənə dedilər ki, bu, televiziya verilişləri üçün vacib prosedurdur. Ətrafımda heç kim yoxdursa, kamera qarşısında müsahibə üçün maska taxmağın təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Bu qaydanı dəstəkləmirəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər