Marselo: ""Meydançada olmaq üçün səbirsizlənirəm"

Marselo: ""Meydançada olmaq üçün səbirsizlənirəm"

"Real Madrid"in Braziliyalı müdafiəçisi Marselo Çempionlar Liqasının final matçı öncəsi mətbuat konfransında həlledici görüşdə oynamaq istədiyini bildirib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı futbolçunun sözlərini belə çatdırıb:

"Meydançada olmaq üçün səbirsizlənirəm. Finala çıxmağın və kubok qazanmaq imkanının nə qədər vacib olduğunu bilirik. Mövsümü əla keçirdik və finalda oynamağa layiq idik.

Benzemanın nə qədər yaxşı olduğunu hamımız bilirik. Söhbət təkcə bu mövsümdən getmir. O, uzun illərdir ki, ən yüksək səviyyədə oynayır. Benzema komandanın lideridir. Onun bu klubda olması və xarakteri bizə çox kömək edir”.

Xatırladaq ki, "Liverpul" - "Real Madrid" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər