Marko Verratinin durumu nə yerdədir? - Qaltye açıqladı

Marko Verratinin durumu nə yerdədir? - Qaltye açıqladı

PSJ-nin baş məşqçisi Kristof Qaltye zədə üzündən komandanın son 2 matçını kənardan izləyən Marko Verrattidən danışıb.

Fanat.Az xəbər verir ki, "Football Italia" fransalı mütəxəssisin dediklərini belə çatdırıb:

"Marko özünü yaxşı hiss edir. Artıq fərdi çalışmalara başlayıb və yaxın zamanlarda kollektiv məşqlərə qoşulacaq. 

O, uzun illərdir ki, PSJ-nin vacib futbolçusudur. Verratti meydanda olanda biz müxtəlif sxemlərdən istifadə edə bilirik. Çünki texniki cəhətdən olduqca hazırlıqlı oyunçudur. Yarımmüdafiə və hücum xətti arasındakı əlaqə yaratmaq məharəti danılmazdır".

Qeyd edək ki, 2012-ci ildə "Peskara"dan transfer olunan Verratti bir müddət öncə Paris klubunun forması ilə 400-cü matçına çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər