Rus tennisçi Mariya Şarapovanın jurnalistlə maraqlı dialoqu baş tutub. Fanat.Az xəbər verir ki, mətbuat konfransında jurnalistin şəxsi həyatı ilə bağlı sualları idmançını utandırıb.
Belə ki, xoşbəxt olduğunu deyən Şarapovaya həmkarımız "Sevgilin olmayandamı xoşbəxtsən" sualını verib. Rus tennisçi bu suala nə cavab verəcəyini bilməyib və "şərh yoxdur" deyib.
Lakin jurnalist geri çəkilməyib. O, idmançıya "Sevgilinin olması gözəl olardı" deyib. Bu sözlər konfrans salonunda çaşqınlıq yaradıb. Şarapova isə ona belə cavab verib: "Elə deyirsən? Xoş olardı. Sən evlisən?".
Fanat.Az