Buenos-Ayres hava limanında Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonanın heykəli ucaldılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Aeropuertos Argentina 2000"in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, mərhum futbolçunun heykəli tam boyda və 3D çap üsulu ilə hazırlanıb.
Xatırladaq ki, noyabrın 26-da Neapol şəhərində Maradonanın şərəfini qoruduğu "Napoli" klubunun stationu önündə əfsanənin abidəsinin açılışı olub.
Emin