Maradona ürəksiz dəfn edilib - Həkimi danışdı

Maradona ürəksiz dəfn edilib - Həkimi danışdı

Əfsanəvi futbolçu Diyeqo Maradona ürəksiz dəfn edilib. 

Fanat.Az xəbər verir ki, bunu argentinalı həkim və jurnalist Nelson Kastro “Marca”ya açıqlamasında deyib. 

Onun sözlərinə görə, "Ximnasiya La-Plata" klubunun nümayəndələri Maradonanın ürəyinin çıxarılmasını istəyirdilər. Bundan əlavə, ölüm səbəbini aydınlaşdırmaq üçün orqan üzərində araşdırma aparmaq lazım idi. Nəticədə o, ürəksiz dəfn edildi. Maradonanın ürəyi 500 qram idi. Ürəyin çəkisi adətən 300 qramdır. Ancaq idmançılarda biraz çox olur. Lakin Maradonanın ürəyinin çəkisi idmançılara görə də ağır idi. Ölümünə səbəb ürək çatışmazlığı idi", - deyə Kastro bildirib. 

Qeyd edək ki, argentinalı futbol veteranı 2020-ci ilin 25 noyabr tarixində vəfat edib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər