Canlı əfsanə Dieqo Maradona "Real”ın baş məşqçisi Santyaqo Solarinin Argentina yığmasının baş məşqçisi Lionel Skaloni kimi, postunda çox qalmayacağını bildirib.
Fanat.Az "Marka” qəzetinə istinadən xəbər verir ki, veteran superulduz belə deyib:
"Bu adamların heç birinin çalışdırdığı komandada tərəfdarı, dəstəkçisi yoxdu. Deməli, biri Argentina Futbol Assosiasiyasının, digəri "Real”ın prezidentinin istəyi ilə işə başlayıb. İkisinin də qısa müddət fəaliyyət göstərəcəyini düşünürəm. Mənə elə gəlir ki, vəzifələrində çox qalmayacaqlar. Zidan da işə belə başlamışdı? Müddətdən danışırıqsa, kimliyin önəmi böyükdü. Skaloni və Solari hara, Zidan hara...”
Fanat.Az