Maqnus Karlsen şahmat tacını qorudu

Maqnus Karlsen şahmat tacını qorudu
Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub. 
Fanat.Az xəbər verir ki, 28 yaşlı qrossmeyster şahmat tacı uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuananı tay-breykdə üstələməyi bacarıb. Klassik üslubda keçirilən 12 partiyadan sonra qalib müəyyənləşmədiyindən (6:6) qrossmeysterlər rapiddə qüvvələrini sınayıb. İlk üç qarşılaşmada qələbə qazanan Karlsen 3:0 hesabı ilə qalib gəlib.
Beləliklə, Karlsen 5 ildir, ələ keçirdiyi dünya çempionluğunu özündə saxlamağı bacarıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər