Makqreqor Həbib Nurməhəmmədovun arvadını təhqir etdi - FOTO

Makqreqor Həbib Nurməhəmmədovun arvadını təhqir etdi - FOTO
Karyerasını bitirdiyini açıqlayan UFC döyüşcüsü Konor Makqreqor son döyüşdə onu nakauta salan Həbib Nurməhəmmədovla bağlı növbəti dəfə qalmaqallı açıqlama verib.
Fanat.Az xəbər verir ki, irlandiyalı idmançı dağıstanlı həmkarını və onun həyat yoldaşını təhqir edib. Buna səbəb isə Makqreqorun anidən karyerasını bitirmək qərarına Həbibin kinayəli münasibət bildirməsi olub.
Makqreqor Həbib Nurməhəmmədovun arvadını təhqir etdi - FOTO
Belə ki, Nurməhəmmədov Konorun karyerasını bitirməsinə belə münasibət bildirmişdi: "İdmandan getdiyini düşünmürəm. Konor "Mən səndən ayrılıram" deyib, hər zaman geri qayıdan qısqanc qadınlara bənzəyir”.
İrlandiyalı döyüşçünün ona cavabı isə bu sözlər olub: "Sənin arvadın bir dəsmaldır, dostum". 
 
Makqreqor Həbib Nurməhəmmədovun arvadını təhqir etdi - FOTO
Düzdü, Makqreqor 15 dəqiqə sonra bu paylaşınını silib. Lakin sözlərini mətbuatın gündəminə düşməsinə mane ola bilməyib. Paylaşımı siləndən sonra isə "Revanş matçına çıxmaqdan qorxma sən, kiçik siçan. Sən hər zaman sənə əmr ediləni edirsən" yazıb.
Makqreqor Həbib Nurməhəmmədovun arvadını təhqir etdi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər