Kamran Ağayev və Emin Mahmudovun top qovduğu “Boavişta” Portuqaliya Premyer Liqasında növbəti matçına çıxıb. Fanat.az xəbər verir ki, milli futbolçularımızın komandası 15-ci tur çərçivəsində səfərdə “Nasional”la qarşılaşıb. Oyunda sevinən tərəf “damalılar” olub - 0:2.
Azərbaycanlı futbolçular start “11-lik”də yer alıb. Elə hesabı da Emin açıb. 11-ci dəqiqədə qapı torunu silkələyən Mahmudov 39-cu dəqiqə sarı vərəqə görüb və 62-ci dəqiqədə zədələnərək meydanı tərk edib. Maraqlıdı ki, matçın gedişində Ağayev də sarı vərəqə ilə cəzalandırılıb. Matçı meydanda bitirməməsinə baxmayaraq, Emin oyunun ən yaxşısı seçilib.
Bu qələbəylə 17 xala qovuşan "Boavişta" turnir cədvəlinin 9-cu pilləsinə qalxıb.
Fanat.az