Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının prezidenti Dariuş Mioduski özünə xüsusi mühafizəçi tutub.
Fanat.Az Meczyki.pl saytına istinadən xəbər verir ki, klub prezidenti azarkeşlərin hücumundan narahatdır.
O, öz təhlükəsizliyindən o qədər narahat olmağa başlayıb ki, əlavə təhlükəsizlik işçisi tutub. Mioduski bazar günü "Radomiak"la matçı (0:3) şəxsi cangüdəninin müşaiyəti ilə izləyib.
Qeyd edək ki, "Legiya" azarkeşləri Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra futbolçulara hücum edib. Nəticədə Mahir Emreli və Lukinyas xəsarət alıb. Emreli həmin hadisədən sonra Varşava təmsilçisində iki oyunda, o cümlədən məşqlərdə iştirak etməyib. Onun paytaxt klubundan ayrılacağı gündəmdədir.
Mirağa