"Legiya" dünən yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, klubdaxili sınaq matçı "Legonerlər"in əvəzedici komandası ilə baş tutub.
Həmyerlimiz Mahir Emrelinin də iştirak etdiyi qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Klubun rəsmi "facebook" səhifəsinin məlumatına görə oyunda ilk qolu Emreli vurub.