Mahir susur, "Legiya" çökür

Mahir susur, "Legiya" çökür

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklassasında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi doğma meydanda "Poqon"u qəbul edib.

Ötən həftə baş məşqçi dəyişikliyinə baxmayaraq, "Legiya" çempionatda uğursuz gedişata davam edir. Belə ki, Emrelinin komandası matçdan məğlub ayrılıb - 0:2. Mahir start heyətində meydana çıxıb və 61-ci dəqiqədə Rafael Lopeslə əvəzlənib. 

Qeyd edək ki, son çempion "Legiya" 13 turdan sonra autsayderlər mövqeyində - 16-cı pillədə qərarlaşıb və hesabında cəmi 9 xal var.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər