Mahir oynadı, komandası mərhələ adladı

Mahir oynadı, komandası mərhələ adladı

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Polşa kubokunda 1/16 final mərhələsinin görüşünə çıxıb. 

Fanat.Az xəbər verir ki, komanda yeni baş məşqçi Marek Qlobievskinin rəhbərliyi altında səfərdə "Şvit Sklovin" qonağı olub.

1:0 hesabı ilə qalib gələn "Legiya" növbəti mərhələyə adlayıb.

Mahir Emrelinin start heyətdə meydana daxil olub və 90+1-ci dəqiqədə əvəzlənib. 24 yaşlı futbolçu matçın 50-ci dəqiqəsində sarı vərəqə alıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər