Mahir Emrelinin son durumu açıqlandı

Mahir Emrelinin son durumu açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün DÇ-2022-nin seçmə oyununa çıxacaq millinin üzvü Mahir Emrelinin Covid-19 testi pozitiv çıxıb və o, Serbiya ilə görüşdə iştirak etməyəcək. 

Fanat.Az hücumçunun son durumu ilə maraqlanıb. 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza bu haqda məlumat verib:

"Bildiyiniz kimi, Mahirdən dünən götürülən korona testi pozitiv çıxıb. Ancaq heç bir simptomu yoxdur. Özünü yaxşı hiss edir. Hazırda oteldə otağındadır. Emrelinin müalicəsi ilə bağlı nə lazımdırsa, ediləcək. Təbii ki, xərclər AFFA tərəfindən qarşılanacaq".  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər