Mahir Emreli bu tur nə etdi?

Mahir Emreli bu tur nə etdi?

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 16-cı tur çərçivəsində “Osiyek”lə qarşılaşıb.

Zaqreb təmsilçisi doğma meydanda qarşılaşdığı bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

"Dinamo" hazırda turnir cədvəlində 27 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər