"Real"ın ulduzu Qaret Beylin başı mafiya ilə dərddədi. Fanat.Az xəbər verir ki, uelsli futbolçunun villası yandırılıb.
Buna səbəb Beylin nişanlısı Emma Ris-Yonesin manken qohumu Epipani Drinqin içində təxminən 110 min avro qızıl-ziynət əşyasının olduğu çemodanla yoxa çıxması olub. Mafiya ilə bağlantısı olan Drinqdən 5 həftədi məlumat yoxdu.
Gözəl mankenin anası "Qızımla 5 həftədi əlaqə saxlaya bilməyirik. O, əsasən babası ilə Kardiffdə qalırdı" deyib.
Bütün axtarışlara rəğmən Epipanini tapa bilməyən mafiya üzvləri bunun acığını Beyldən çıxıb. Onlar futbolçu və nişanlısına məxsus villanı yandırıb. İndi polis Beylin İspaniyadakı evinin önündə qarovul çəkir.
Bundan başqa "Real"ın "Las Palmas"la keçirdiyi matç zamanı "Santa Catalina"da Beyli qorumaq üçün 3 polis əməkdaşı ayrılıb. Futbolçu 24 saat mühafizə altında saxlanılır.
Yandırılan villa


Epipani Drinq




Qaret Beyl və nişanlısı Emma Ris-Yones


Fanat.Az