Madrid klubunun hücumçusu İngiltərə nəhənginə keçir

Madrid klubunun hücumçusu İngiltərə nəhənginə keçir

"Atletiko Madrid"in hücumçusu Mateus Kunya karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "talkSPORT" yayıb.

Xəbərə görə, Kunyanın xidmətində hücumdakı problemləri qaydaya salmağı hədəfləyən "Mançester Yunayted" maraqlıdır. Bu transferin "qırmızı şeytanlar"a 50 milyon avroya başa gələcəyi bildirilib.

Qeyd edək ki, Kunya "Atletiko"ya 2021-ci ilin avqustunda Almaniyanın "Herta" klubundan keçib. Ötən mövsüm paytaxt təmsilçisinin forması ilə çıxdığı 26 La Liqa matçında 6 qol vuran braziliyalı 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər