"Mançester Yunayted"in futbolçusu Rafael Varanın qardaşı olan müdafiəçi Conatan Varan "Sportinq Xixon"u tərk edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football-Espana" yayıb.
Xəbərə görə, "Atletiko Madrid" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. Paytaxt komandası futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Conatan ötən mövsüm Sequndada 17 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.
Fransız müdafiəçi 2023-cü ilin iyulundan "Sportinq"də çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi hesablanıb. Varanın transfer qiyməti 500 min avro qiymətləndirilir.
Mirağa