Madrid klubu rusların 11 milyon avrosuna "yox" dedi

Madrid klubu rusların 11 milyon avrosuna "yox" dedi

"Zenit” "Atletiko”nu razı sala bilmir.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Rusiya klubu 29 yaşlı Nikolas Qaytanı rənglərinə bağlamağa can atsa da, Madrid təmsilçisi futbolçunu 15 milyon avrodan az məbləğə buraxmaq istəmir. "Hindular” sözügedən yarımmüdafiəçiyə görə 11 milyon avro ödəməyə hazır olduğunu bildirən rusların təklifini 2 gün öncə geri çevirib.

 

 

"Atletiko” Qaytanı 2016-cı ildə "Benfika”dan transfer edib. Bu mövsüm Madrid klubunun formasıyla 6 matça çıxan argentinalı heyətdə möhkəmlənə bilməyib. Onun xidmətində "Zenit”lə yanaşı, "Boka Xuniors” da maraqlıdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər