İspaniyalı hücumçu Fernando Lyorente "Eybar"la anlaşıb.
Fanat.Az sözügedən klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, azad agent statusu daşıyan forvard tibbi müayinədən keçəndən sonra tərəflər münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Lyorentenin son iş yeri ötən mövsümün sonunda tərk etdiyi "Udineze" olub. O, daha öncə Bilbao "Atletik"i, "Sevilya", "Tottenhem" və "Napoli"nin də formasını geyinib.
Nihat