Lyakazett Səudiyyə Ərəbistanı yolunda

Lyakazett Səudiyyə Ərəbistanı yolunda

“Olimpik Lion”da çıxış edən hücumçu Aleksandr Lyakazett klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat verib.

Xəbərə görə, fransız forvardla Səudiyyə Ərəbistanı çempionatının təmsilçilərindən biri maraqlanır. Klubun adı açıqlanmayıb.

London “Arsenal”ının sabiq hücumçusu ötən mövsümü uğurlu keçirib. 32 yaşlı hücumçu 27 qol (6-sı penaltidən) və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Aleksandrın  “Olimpik Lion”la müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Onun transfer qiyməti 14 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər