Lunyov "Molde"yə qarşı oynayacaqmı? - AÇIQLAMA

Lunyov "Molde"yə qarşı oynayacaqmı? - AÇIQLAMA

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyununda - "Qarabağ" - "Bayer Leverkuzen" matçında zədələnərək meydanı tərk edən qapıçı Andrey Lunyovun son vəziyyətinə aydınlıq gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, rusiyalı qolkiper bərpa prosesini geridə qoyub:

"Lunyov bu həftədən kollektiv məşqlərdə iştirak edir. Onun Avropa Liqasının 5-ci turunda "Molde"yə qarşı oynayıb-oynamayacağına isə təbii ki, məşqçilər korpusu qərar verəcək. Hazırda digər oyunçular kimi o da  hazırlaşır".

Qeyd edək ki, "Molde" - "Qarabağ" görüşü noyabrın 30-da baş tutacaq. Tərəflərin Bakıdakı qarşılaşması "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər