"Çelsi"nin baş məşqçisi Tomas Tuxel son müsahibələrinin birində onun taktiki tapşırıqlarından narazılığını ifadə edən Romelu Lukaku ilə görüşdüklərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, BBC Tuxelin söylədiklərini belə çatdırıb:
"O, müsahibəyə görə üzr istədi və komandanın bugünkü məşqinə qatıldı. Bunu qəsdən etmədiyini, vacib matç ərəfəsində bilərəkdən səs-küy yaratmadığını düşünürəm... Romelu özünü oynamağa hazır saydığı dönəmdə belə, biz onun hələ yükləmələrə uyğunlaşmalı olduğunu düşünmüşük. İndi hamımız sakitliyi qorumalıyıq. Əsas olan budur. Hər şey qaydasındadır. vəziyyət bəzilərinin arzuladığı qədər qorxulu deyil".