Lukaku AÇ-2024-ün seçmə mərhələsinin bombardiri oldu

Lukaku AÇ-2024-ün seçmə mərhələsinin bombardiri oldu

Belçika millisinin futbolçusu Romelu Lukaku Avro-2024-ün seçmə mərhələsinin bombardiri olub.

Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu meydana çıxdığı 8 matçda 14 qol vuraraq bunu bacarıb.

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo 10 qolla 2-ci, Fransa millisinin forvardı Kilian Mbappe 9 xalla 3-cü olub.

Avropa çempionatının final mərhələsi gələn ilin yayında Almaniyada keçiriləcək. Püşkatma dekabrın 2-də baş tutacaq.

Lukaku AÇ-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı matçda 4 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər