"Roma"nın kapitanı Lorenso Pelleqrini zədələnib.
Fanat.Az-ın xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Joze Mourinyu məlumat verib.
"Torino" (1:0) matçdan sonra mətbuat konfransında çıxış edən portuqaliyalı mütəxəssis futbolçunun bir neçə həftəlik sıradan çıxdığını açıqlayıb.
Xatırladaq ki, italyan yarımmüdafiəçi "Torino" ilə matçın 15-ci dəqiqəsində xəsarət alıb.