"Liverpul" axtardığı müdafiəçini Almaniya Bundesliqasında tapıb.
Fanat.Az xəbər verir ki, "mersisaydlılar" "Volfsburq"un futbolçusu Mikki van de Veni bəyənib.
Məlumatı insayder Kristian Falk yayıb.
Ancaq 21 yaşlı niderlandlı futbolçunu transfer etmək elə də asan olmayacaq. Belə ki, Van de Ven "Mançester Siti", "Arsenal", "İnter", "Barselona", "Yuventus" və "Roma" kimi nəhəng klubların hədəfindədir.
Röya