“Liverpul”da ciddi itki

“Liverpul”da ciddi itki

“Liverpul”un qapıçısı Alisson Bekker zədələnib.

Fanat.Az xəbər verir ki, o, komandanın məşqi zamanı sıradan çıxıb.

Bildirilir ki, 31 yaşlı qolkiperin zədəsi ciddidir. Diz nahiyəsindən aldığı zədə səbəbində Alisson Braziliya millisinin İngiltərə (23 mart) və İspaniyaya (26 mart) qarşı yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək. 

Ehtimal olunur ki, Alison millinin oyunlarından əlavə, "Liverpul"un İngiltərə Premyer Liqasında "Luton Taun", "Nottinqem Forest", "Mançester Siti" və "Everton"a qarşı görüşlərini, həmçinin "Çelsi" ilə İngiltərə Liqa Kuboku matçını buraxmaq məcburiyyətində qalacaq. 

Bu mövsüm braziliyalı qapıçı 24 oyun keçirib, 21 qol buraxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər