Lionel irqi təhqirə məruz qaldı, prezident üzr istədi

Lionel irqi təhqirə məruz qaldı, prezident üzr istədi

Dünən Fransa Liqa 2-nin son oyununda - "Tuluza" - "Rodez" (1:1) matçında qonaq komandanın konqolu qapıçısı Lionel Mpasi yerli azarkeşlər tərəfindən irqi təhqirə məruz qalıb.

Fanat.Az xəbər verir ki, Mpasi görüşün sonunda, "Rodez"in bərabərlik qolundan bir neçə dəqiqə sonra hədəf alınıb. 

Stadion diktorunun yalvarışlarına baxmayaraq, yerli tərəfdarlar konqolu qapıçını təhqir etməyə davam ediblər. 

"Tuluza" artıq dözülməz hərəkətləri pisləyən press-reliz yayıb: “Tuluza" ilə "Rodez" arasında keçirilən matçının sonu qonaq komandanın oyunçusuna qarşı keçirilən irqçi ifadələrlə yadda qaldı. Prezident Demyan Komolli "Tuluza" Futbol Klubu adından irqi ayrıseçkiliyə məruz qalan oyunçudan, eləcə də "Rodez"in prezidentindən üzr istəyib. Klub bu hərəkətləri və hər cür ayrı-seçkiliyi qəti şəkildə pisləyir. Sözügedən şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir və klub bütün lazımi hüquqi prosedurları həyata keçirəcək".

"Tuluza" klubunun prezidenti Demyan Komolli isə mətbuata açıqlamasında olaya ayrıca münasibət bildirib: "Rodez"in qapıçısının reaksiyasını görən kimi ciddi nəsə baş verdiyini anladım və dərhal meydançaya, ardınca rəqibin soyunub-geyinmə otağına yollandım. Mpasidən və qonaqların prezidentindən öz adıma, klub adına üzr istədim. Bu halla başqa idman növündə də qarşılaşmışdım. Bu dəfəki hadisə əndazəni aşdı. Stüardlarla danışdım, günahkar tapılıb. Lazımi ölçü götürüləcək. Açığı, baş verənlərdən utandım, hətta iyrəndim". Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər